İcra başçısı və prokuror Qarabağ qazilərini ziyarət etdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı və prokuror Qarabağ qazilərini ziyarət etdi - Fotolar

Sosial

15 Yanvar 2021 16:52 762


Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində iştirak edən yaralı hərbçilərimiz mütəmadi olaraq ziyarət olunur.

Yenisabah.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Prokuroru Rəşid Mahmudov, RİHB-nin müavini və Aparatın əməkdaşları bu dəfə Vətən Müharibəsində yaralanmış hərbiçilərimiz - Quluzadə Seymur Cəmil oğlu, Talıbov Emin Eldar oğlu və Söhbətzadə Abbas Əliyar oğlu ilə görüşərək onlara şəfa diləyib, problemləri ilə maraqlanıblar.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gün davam edən döyüşlərdə əldə etdiyi möhtəşəm Qələbə ilə Azərbaycanın bütün dünyaya yenilməz gücünü nümayiş etdirdiyini bildirən Əziz Əzizov  bu qələbənin qazanılmasında böyük əzm göstərərək şəhid olan və yaralanan hərbiçilərimizin hər birimiz üçün doğma və əziz olduğunu qeyd edib. Belə vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqının fəxr etdiyini söyləyən rayon rəhbəri onlara, ailələrinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!