İcra başçısı Xocalıdan olan köçkünlərlə görüşdü  - Fotolar
26 Fev 2021 13:39
278

İcra başçısı Xocalıdan olan köçkünlərlə görüşdü - Fotolar

Fevralın 26-da Xocalı faciəsinin ildönümü ilə əlaqədar Xocalı şəhərindən köçkün düşərək Suraxanı rayonunda məskunlaşmış ailələrlə Suraxanı Rayon İcra Hakimiyyətində karantin rejiminin müvafiq qaydalarına riayət etməklə görüş keçirilib ə onlara ərzaq yardımı paylanılıb.

Yenisabah.az xəbər verir ki, görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri, Ulu öndər Heydər Əliyevin böyük əməyinin olduğunu, məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymətin verildiyini bildirib.

RİH başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın apardıqları məqsədyönlü siyasət nəticəsində soyqırımın dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə hər il faciənin ildönümünün istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunduğunu vurğulayıb.

İcra başçısı Xocalıdan olan köçkünlərlə görüşdü  - Fotolar
İcra başçısı Xocalıdan olan köçkünlərlə görüşdü  - Fotolar
İcra başçısı Xocalıdan olan köçkünlərlə görüşdü  - Fotolar
İcra başçısı Xocalıdan olan köçkünlərlə görüşdü  - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər