İcra başçısından 2 yumurta istəmək ayıb olmaz ki?..

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısından 2 yumurta istəmək ayıb olmaz ki?..

Sosial

11 Avqust 2021 13:08 2709


Ermənilərin üzündən yaddaşım kədərli xatirələrlə doludur. Hansı mövzuda yazmaq istəyirəmsə, mütləq 20-30 il əvvəl baş vermiş bir hadisə gözlərim önündə canlanır. Və özümdən asılı olmayaraq, gözlərim dolur...

Rəhmətlik atam kənd müəllimi idi. Yaxşı müəllim, yaxşı ədəbiyyatçı olduğu üçün dərsi çox olurdu. Valideynlər özləri atamın onların uşaqlarına dərs deməyini istəyirdilər. Avqustun ikinci yarısından etibarən gəlib-gedən adamların əlindən evdə dinclik tapa bilmirdik. Dərs saatı çox olduğu üçün atamın maaşı da yüksək idi. İndiki müəllim uşaqlarından fərqli olaraq biz yağ-bal içində üzürdük.

İkimərtəbəli evə, bağlı-bağatlı həyətə, çoxlarının tamarzı olduğu naz-nemətə təkcə müəllim maaşı ilə sahib olmamışdıq. İlin bütün fəsillərində ən azı iki inəyimiz sağılırdı. May-iyun aylarında baramaqurdu bəsləyirdik. Məhsul bol olduğu üçün pomidor kolları ağırlığa tab gətirməyib başını yerə qoyurdu. Toyuqlu pizza

Ağ gilasın, alyanaq şaftalının, şirin gavalının, süfrələrin bəzəyi olan ballı armudun dadı hələ damağımdan getməyib. Alnımızdan qopub torpağa düşən hər damla tər ruzi-bərəkətə çevrilib süfrəmizə qayıdırdı.

Cəbrayıl işğal olunanda mən Türkiyədə təhsil alırdım. Rayon mərkəzi ermənilərin əlində olsa da, Arazboyu kəndlərin əhalisi kolxoz sədri olan rəhmətlik əmim Həsən Verdiyevin ətrafında yumruq kimi birləşərək təsərrüfatla məşğul olur, əkib-biçirdilər. Küləkli, yağışlı oktyabr gecəsində, ermənilərin hənirtisini beş addımlıqda duyandan sonra Araz çayını keçərək cənubdakı qədim torpaqlarımıza pənah apardılar...

Mart ayında tətilə gələndə hava alanında məni atam qarşıladı. İndiki kimi yadımdadır, atamın ovcunun içindəki qabarlar əllərimi daladı. Ötən beş ay ərzində əlini ağdan-qaraya vurmasa da, ağır, həm də fərəhli kənd həyatının izləri hələ də qalırdı...

Mən yenə kənddəyəm. Azərbaycanın ən dilbər guşələrindən biri olan, "Ögey ana" filmindən tanıdığınız İsmayıllı rayonunun məşhur Qalacıq kəndindəyəm. Şəhərin dərd-sərindən, dözülməz istisindən, ömrümüzü "yeyən" stressdən qurtulmaq üçün ailəlikcə dağlara pənah gətirmişik.

Şəhərin öz qayğısı, kəndin öz qayğısı olur. Amma bu dəfə üzləşdiyimiz problem kənd həyatı üçün xarakterik olmamalıdır. Bəlkə də inanmayacaqsınız, inanmayanları inandırmaq kimi bir öhdəliyim yoxdur. İki gündür iki yumurta tapmaq üçün əldən-ayaqdan düşmüşük. Tanışlarımdan biri dedi ki, bizim kənddə çox az adam toyuq saxlayır. Toyuğu olanlar da yumurtanı özləri yeyir.

Səhər meşəyə gəzintiyə gedəndə, yenə qarşılaşdıq. Utana-utana dedi ki, qardaşım sabah Bakıdan gələcək. Tapşırmışam, gələndə sizə 10 ədəd yumurta alıb gətirəcək...

Zarafatımdan qalmadım: "İcra başçısından xahiş etsəm, bizə iki ədəd yumurta göndərər?"

Əl-ayağa düşdü: "Siz Allah, elə şey eləməyin. Nahid müəllim yaxşı adamdır".

Dilimin ucuna qədər gələn sözləri geri qaytarmaq istəmədim: "Zarafat edirəm. İcra başçısı gəlib sizin əvəzinizdən toyuq saxlayası deyil ki..."

Başı ilə sözlərimi təsdiq edib uzaqlaşmaq istəyəndə aramızda belə bir dialoq baş tutdu:

- Bakıya qayıdanda səndən yazacam.

- Nə yazassan?

- Yazacam ki, günah acından öləndədir...

Seymur VERDİZADƏ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!