İcra başçısından unikal videomüşavirə - Yanındakı maskasızlar, ekrandakı maskalılar 

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısından unikal videomüşavirə - Yanındakı maskasızlar, ekrandakı maskalılar 

Rəsmi

10 May 2020 08:35 1729


Goranboy rayonunun İcra başçısı Məhərrəm Quliyev belə desək, qaş düzəltdiyi yerdə, göz çıxarıb.

Bir il əvvəl Goranboy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Məhərrəm Quliyev videomüşavirə keçirib.

İcra başçısının toplantısında məmurların hamısının maskalı, özünün və yanında əyləşən iki məmurun maskasız olması diqqət çəkib. pizza hut

İcra başçılarının başlarının bəlalı bir dönəmində Məhərrəm Quliyevin nümunəvi addım kimi keçirdiyi videomüşavirə əslində onun rayonu necə “əndrəbadi” idarə etməsinə dəlalət edir. Məmurların maskalı olması hansı məntiqə sığır, bunu bir tək Məhərrəm Quliyev bilər.

İcra başçısının məntiqi ilə videogörüntüdən belə virus keçə bilirsə, sağ və sol tərəfində oturan məmurlardan necə, virus keçmir?

Belə bir sual yaranır, bəlkə ekrandakı məmurlar maska taxaraq, icra başçısı və yanında əyləşən məmurlardan qorunublar.

Həmin unikal videomüşavirənin fotosunu təqdim edirik: / Yenicag.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!