İcra başçısının həbs etdirdiyi şəxslə bağlı QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının həbs etdirdiyi şəxslə bağlı QƏRAR

Kriminal

17 Sentyabr 2024 11:41 687


Ali Məhkəmədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun 1984-cü il təvəllüdlü Xəyyam Salmanzadənin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib. Dördpendirli pizza

X.Salmanzadə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı V.Həsənovla bağlı müxtəlif iddia və məlumatlar paylaşıb. O, icra başçısının məmura cinsi azlıq deməsini, Polad Həşimovun şəhid olduğu gün spirtli içkinin təsiri altında hərəkətlər etməsini və sair iddia edib.

Ağdam Rayon Məhkəməsinin hökmü ilə X.Salmanzadə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!