İcra başçısının köməkçisi yeniyetməni maşınla vurub?

İcra başçısının köməkçisi yeniyetməni maşınla vurub?

Hadisə

29 Noyabr 2022 14:00 643


Noyabrın 27-də Goranboy rayon Polis Şöbəsinə rayonun Qaradağlı kənd sakini, 15 yaşlı H. Əliyevin hər iki ayağının sınığı xəsarəti alaraq Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilməsi barədə məlumat daxil olub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, məlumatla əlaqədar polis əməkdaşları dərhal azyaşlını ziyarət ediblər. H. Əliyev və valideynləri izahatlarında kənd ərazisində yıxıldığını bildirib.

Qeyd edək ki, sosial şəbəkədə Goranboy rayonun icra başçısı Məhərrəm Quliyevin köməkçisi Ülvi Əliyevin bir neçə gün öncə yeniyetməni maşınla vurduğu bildirilib. Yeniyetmənin hər iki ayağı sınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!