İcra başçısının səlahiyyətləri əlindən alınıb?

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının səlahiyyətləri əlindən alınıb?

Siyasət

02 Fevral 2022 13:18 2781


Bir müddət əvvəl İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediləndən sonra ona yaxınlığı ilə seçilən Sumqayıtın icra başçısı Zakir Fərəcovun müəyyən səlahiyyətlərinin əlindən alındığı deyilir.

İddia olunur ki, İ.Gülməmmədovanın gedişindən sonra Abşerona qeyri-rəsmi nəzarət imkanları Zakir Fərəcovun əlindən çıxıb, eyni zamanda onun digər səlahiyyətləri də məhdudlaşdırılıb.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.  pizza mizza

Məlumata görə, Zakir Fərəcov hazırda iş başında səlahiyyətlərini icra edir və hətta bu gün şəhər gənclərini qəbul etməyi planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!