İcra başçısının videosu “səhnəcik“ çıxdı

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısının videosu “səhnəcik“ çıxdı

Sosial

19 İyul 2022 19:41 1243


Bu gün Salyan rayon icra hakimiyyətini başçısı Sevindik Hətəmovun maraqlı videosu yayılıb. 

Videoda bir şəxs durmadan başçıya tərif yağdırır, başçı da videonun çəkilməməsini istəyir. Jurnalist İlkin Muradov isə videonun qurama olduğunu faktlarla sübut edib və paylaşım edib: "Salyanın icra başçısının məlum "təvəzökar” videosuna baxdınız? Həmin videonu kimin çəkdiyini bilirsiz?".

Məlum olub ki, həmin videonu çəkən şəxsin bir müddət  əvvəl icra başçısına mədhiyyə dediyi başqa bir videosu da yayılmışdı. pizza mizza

Məlumat üçün qeyd edək ki, bir neçə gün öncə də bəzi icra başçıları qəfil qazilərə qarşı diqqətli olmağa başlamış, müxtəlif videolar çəkdirərək gülüş hədəfinə çevrilmişdilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!