Bakı şəhərinin Nərimanov rayonu, Ziya Bünyadov prospekti və Dərnəgül 1 ünvanının kəsişməsində, yol kənarında tikinti materialları satılan obyektlərin qarşısında 60-dan çox yeni əkilən ağacın gecə saatlarında məhv edilməsi hadisəsi ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Yenisabah.az-ın məlumatına görə, bildirilib ki, Bakı şəhəri, Dərnəgül-1 küçəsi və Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən münaqişəli torpaq sahəsinin müəyyən bir hissəsində inşaat materiallarının satışını təşkil edən “Magistral-Ekspress” ATSC-nin rəhbərliyi ilə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin bəzi üzvləri arasında həmin torpaq sahəsi ilə bağlı mübahisə yaranıb. Qeyd olunmuş məsələ hər iki tərəfin iştirakı ilə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən bir neçə dəfə yerində araşdırılıb və mübahisələndirilən torpaq sahəsinin hazırki tarixə məhz Dövlətə məxsus olması müəyyən edilib. İcraata başlanılmış sənədləşdirmə işləri tam başa çatdırılmadan həmin sahəyə iddialarının əsassız olması barədə “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin nümayəndələrinə məlumat verilib və sözügedən ərazidə əsasən inşaat materiallarının səyyar satışını həyata keçirən obyekt sahiblərinə, o cümlədən, “Magistral-Ekspress” ATSC-nin rəhbərliyinə səyyar satışın dayandırılması barədə tapşırıq verilib.
İcra Hakimiyyətindən onu da bildiriblər ki, münaqişə predmeti olan həmin ərazidəki torpaq sahəsinin zəbt olunmasının dəfələrlə qarşısı alınıb, sonradan həmin ərazi müvafiq cizgiyə əsasən yaşıllaşdırılıb. Hal-hazırda həmin məsələ mübahisə predmeti olaraq məhkəmə orqanları tərəfindən baxılmaqdadır. Dördpendirli pizza
Qeyd olunub ki, qanunsuz olaraq məhv edilmiş yaşıllıqların yenisi ilə əvəz olunması Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmin edilməkdədir. O cümlədən, yaşıllıqların məhv olunmasında günahkar şəxslərin məsuliyyətə cəlb olunması məqsədilə, Rayon Polis İdarəsi tərəfindən araşdırılma aparılır.
Telegram kanalımız