Lənkəran Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru sabiq Xarici işlər naziri Tofiq Zülfüqarovun şəhərin natəmizliyi ilə bağlı ittihamlarına cavab verib.
İH-dən “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, Lənkəran şəhər Qala Xiyabanı küçəsinin zibillənməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşılan məlumatlara cavab olaraq bildirir ki, sözügedən ərazidə otel, Ailə Sağlamlıq Mərkəzi, Dram Teatr və ictimai iaşə obyektləri fəaliyyət göstərir, orada zibilin yandırılması üçün praktiki olaraq hər hansı yer və şərait mövcud deyil və belə halın baş verməsi mümkün deyil:
“Şəhər ərazisində dilənçilərin olması ilə bağlı səsləndirilən iddialar isə tamamilə əsassızdır, Lənkəran ərazisində dilənçilərə ümumiyyətlə rast gəlinmir. pizza hut
Eyni zamanda bildiririk ki, aidiyyəti xidmət idarələri tərəfindən bütün şəhər və rayon ərazisində, eləcə də sözügedən ərazidə mütəmadi zibillərin yığılması həyata keçirilir. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) rayonun bütün ərazisinin səliqə-səhmanına gündəlik fəaliyyət istiqaməti kimi daim ciddi yanaşır və sakinlərimizin rahatlığı üçün bütün mümkün addımları atır.
Hazırda şəhərin sözügedən küçəsinin bir hissəsində abadlıq-bərpa və təmir işləri həyata keçirilir. Lənkəran şəhərinə gələn çoxsaylı turistlərin və qonaqların, o cümlədən rayon sakinlərinin gəzinti və istirahəti üçün sözügedən yoldan gündəlik istifadə etdikləri nəzərə alınaraq, eyni zamanda sakinlərimizin istək və arzularına uyğun olaraq hazırda Qala Xiyabanı küçəsində sıradan çıxmış üzlüklər sökülərək yeni mərmər qarışıqlı beton pilitələrlə əvəzlənir.
Qeyd edək ki, cari ildə şəhərin küçə və yol kənarlarında 50-ə yaxın yeni zibil qutularının, habelə plastik qablaşdırma tullantıları üçün ayrıca zibil qutularının qoyulması təmin edilib. Bununla belə, bəzi insanlar tərəfindən şəhərin səliqə-səhmanına riayət olunmaması halları müşahidə edilir. Sakinlərimizdən və şəhərimizin qonaqlarından xahiş edirik ki, şəhərimizin təmiz və səliqəli saxlanılmasına ciddi şəkildə riayət etsinlər, xatirladırıq ki, ictimai yerləri zibilləmək, eləcə də ətraf mühitə müxtəlif növ ziyan vurmağa görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunur.
Bir daha bildiririk ki, rayon ərazisinə gündəlik tam ciddi nəzarət olunur”.
Telegram kanalımız