İcra Hakimiyyəti şəhidin doğum gününü qeyd etdi

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyəti şəhidin doğum gününü qeyd etdi

Sosial

11 Avqust 2021 15:48 963


Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Cabarzadə Cavid Qorxmaz oğlunun ad günü şəhidin məzarı önündə Suraxanı Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri və şəhidin ailə üzvləri ilə birgə qeyd olunub.

Yenisabah.az xəbər verir ki,  ötən gün şəhidimizin doğum günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, RİHBA-nın şöbə müdirləri, Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyə sədri, YAP Suraxanı rayon təşkilatının əməkdaşları, Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin sədri, Şəhid anaları şəhidin ailə üzvlərinə dərin hüznlə baş sağlığı verib. Həmçinin, Şəhidin Bülbülə qəsəbəsində inşa edilmiş bulaq abidə kompleksini və dəfn olunduğu II Fəxri Xiyabanda məzarını ziyarət edərək dualar oxunub və məzarı önünə gül dəstələri düzülüb.

Şəhid ailəsinin qayğıları ilə maraqlanan RİH başçısı Əziz Əzizov bildirib ki, şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik həsrətə son qoyulub, düşmən tapdağında olan torpaqlarımız azad olunub. Bu gün Şəhidlərimizin evi ziyarətgah yerimiz, fəxrlə açacağımız qapı və bir ömür boyu unutmayacağımız ünvandır. Marqarita pizza

Qeyd edək ki, 2016-cı ilin Aprel Döyüşlərində Lələtəpənin alınması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərmiş Cavid Cabarzadə Vətən müharibəsinə könüllü yollanaraq Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və Xocavənd döyüşləri zamanı şəhid olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!