İcra Hakimiyyətində bu vəzifələr hələ də boşdur – Siyahı

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətində bu vəzifələr hələ də boşdur – Siyahı

Rəsmi

20 İyun 2020 13:15 1143


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyatdan 3 ay ötüb. 

Yenisabah.az xatırladır ki, əməliyyat nəticəsində icra başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vüqar Əkbərov, müavini Güktəkin Sadıqova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov,  Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov və rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıb. 

Əməliyyatdan 3 ay ötməsinə baxmayaraq, İsmayıl Vəliyev istisna olunmaqla İcra Hakimiyyətinin digər vəzifəli şəxslərinin yerinə təyinat olmayıb. İsmayıl Vəliyev isə Mirhəsən Seyidovla əvəzlənib.  pizza sifarişi

Kadr təyinatlarının yubanması Mirhəsən Seyidovun vəzifəsinə yeni başlaması ilə izah edilir. Ehtimal olunur ki, yeni icra başçısı hələ ki, qurumdakı kadrları yaxından tanımaq istəyir. Mirhəsən Seyidov İsmayıl Vəliyevin taleyini yaşamamaq üçün çox diqqətli və ehtiyatlı davranmaq zorundadır. Odur ki, tələsmir. Bütün kadrları “ələkdən keçirir”. Bu prosesin nə qədər davam edəcəyi isə bəlli deyil.

Hazırda İH-də aşağıdakı vəzifələr boşdur:

Başçının birinci  müavini

Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri

Başçının müavini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Baş  mütəxəssis

Məsləhətçi - 2 yer

Şöbə  müdiri-baş memar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!