İcra Hakimiyyətində əməliyyat:   İşçilər dindirilir

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətində əməliyyat: İşçilər dindirilir

Hadisə

21 İyun 2021 19:06 8400


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Bakı şəhər Pirallahı rayonunda əməliyyat keçirilib.

Yenisabah.az xəbər verir ki, Konkret.az-a daxil olan məlumata görə, sözügedən rayonda COVID-19 pasportlarının pulla satılmasına dair şübhələr müəyyən edilib.

Məlumatda daha sonra deyilir ki, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov işdən azad edilib. Onun müavini Kəmalə Mustafayeva isə dindirilib. Daxil olan məlumata görə, hazırda Pirallahı Rayon İcra Hakimiyyəti işçilərinin də dindirilməsi prosesi həyata keçirilir. İlkin ehtimallara görə, vətəndaşlara saxta COVID-19 pasportlarının satılmasına rayon icra hakimiyyəti “nəzarət” edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!