İcra Hakimiyyətində insident: Başçı müavini ilə fermerin sözü çəp gəldi

saytların hazırlanması

Evə çatdırılma

İcra Hakimiyyətində insident: Başçı müavini ilə fermerin sözü çəp gəldi

Hadisə

04 İyun 2024 19:35 770


Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin qəbuluna gələn şəxs saxlanılıb.

"Qaynarinfo"nun məlumatına görə, 1959-cu il təvəllüdlü fermer Tahir Zamanovun (şərti) saxlanılmasına səbəb icra başçısının müavini Arif Allahverdiyevin ondan şikayətçi olmasıdır.

Belə ki, fermerin Qəbələ rayonu, Kötüklü kəndində fındıq bağlarını su basıb. O, torpaq sahəsindən qurunt sularının axıdılması məqsədilə texnika verilməsindən ötrü icra başçısının müavininin qəbuluna gedib. Toyuqlu pizza

Arif Allahverdiyev fermerin istəyinə "yox" cavabı verib. Lazım olan texnikanı ala bilməyən fermer Arif Allahyarovla mübahisə edib.

Məhkəmənin qərarı ilə fermer İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib və 50 manat cərimə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!