Nərimanov rayonunda Vətən Müharibəsinin iştirakçıları və qaziləri ilə görüş keçirilib.
İH-dən “Yeni Sabah”a daxil olan xəbərə görə, Rayon İcra Hakimiyyətinin başçısı, müavinləri, Rayon Bələdiyyəsinin sədri, İcra Hakimiyyətinin əməkdaşları və gəncləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində də bütün şəhid ailələrini ziyarət edib, qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları rayon icra hakimiyyətinin hər bir əməkdaşının daim onların yanında olduğunu bildiriblər.
O cümlədən qazilər, müharibədən tərxis olunanlar və hal-hazırda hərbi xidmətini davam etdirən hərbçilərin ailələri də diqqət mərkəzində saxlanılır, onların qayğıları ilə ciddi maraqlanır və həlli üçün səylərini əsirgəmirlər. Bu ailələr bundan sonra da daim Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunacaq, görülən hər bir tədbir, atılan hər bir addım onların rifahının yaxşılaşmasına xidmət edəcək, onların hər bir məsələsi Rayon İcra Hakimiyyətinin iş fəaliyyətində əsas isiqamət olaraq qalacaq. pizza
Vətən Müharibəsinin iştirakçıları və qaziləri ilə növbəti görüş 8 yanvar 2021-ci il tarixdə Nərimanov rayonunda açıq havada karantin qaydalarına tam riayət edilməklə keçirilib. Görüşün keçirilməsində məqsəd Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən Vətən Müharibəsində iştirak edən qazi və ordudan təxris olunmuş gənclərimizlə mütəmadi keçirilən görüşləri davam etdirmək, qaziləri və Vətən Müharibəsi iştirakçılarını düşmən üzərində qazanılan tarixi qələbə münasibətilə təbrik edərək müzəffər Ordumuzun göstərdikləri şücaətlərin əsl qəhrəmanlıq olduğunu diqqətə çatdırmaq və onlara dövlət qayğısını göstərməkdən ibarət olub.
Görüşdə Nərimanov Rayon İcra Hakimiyyətinin, YAP Nərimanov Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, Vətən Müharibəsi Qəhrəmanı olan şəhid polkovnik Nudirəliyev Zaurun qızı Nudirəliyeva Pəri, Vətən Müharibəsinin şəhidi Əhmədağa İskəndərovun atası Novruz İskəndərov, Vətən Müharibəsində iştirak etmiş müharibə iştirakçıları və qazilər iştirak ediblər.
Telegram kanalımız