İcra hakimiyyətinin qarşısında özünü yandıran şəxs qazi olub   - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətinin qarşısında özünü yandıran şəxs qazi olub - Rəsmi açıqlama

Hadisə

04 İyul 2022 16:03 1546


Şəmkir rayon İcra Hakimiyyəti rayon sakininin İH binası qarşısında intihara cəhd etməsinə münasibət bildirib. 

İH-dən Yenisabah.az-a verilən məlumatda bildirilib ki, Şəmkirin Yeni Həyat kənd sakini, Vətən müharibəsi iştirakçısı, psixi pozuntulardan əziyyət çəkən və boyun nahiyəsində qəlpə olan, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb.

Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. pizza

Qeyd olunub ki, vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunması ilə bağlıdır: “Vətəndaşın müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də, İlham Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir İcra Hakimiyyətinin qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!