İcra hakimiyyətinin yük avtomobili ilə adam öldürən sürücünün məhkəməsi başlayır

saytların hazırlanması

Evə çatdırılma

İcra hakimiyyətinin yük avtomobili ilə adam öldürən sürücünün məhkəməsi başlayır

Kriminal

25 Aprel 2020 18:45 1050


Binəqədi rayon İcra Hakimiyyətə məxsus yük avtomobili ilə piyadanı vuraraq öldürən Bəhram Mikayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Yenisabah.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Şövkət Nəcəfovanın icraatına verilib. Dominos pizza

Qeyd edək ki, hadisə bu il yanvarın 21-də paytaxtın Binəqədi-Novxanı yolunda baş verib.

Qobustan rayon sakini, 1995-ci il təvəllüdlü Mikayılov Bəhram Bəhruz oğlu idarə etdiyi "KamAZ" markalı 90 AM 058 dövlət nömrə nişanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin "Kommunal Xidmətlər Müəssisəsi" MMC-yə məxsus yük avtomobilini idarə edərkən yolu keçən naməlum kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.  /APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!