İngiltərə millisi və “Mançester Yunayted” klubunun sabiq ulduzu Ueyn Runi ABŞ hücumçusu Folarin Baloqunun qırmızı vərəqəsinin ləğvinə münasibət bildirib.
“Yeni Sabah” xəbər verir ki, 40 yaşlı veteran forvard FIFA-nın qərarına sərt reaksiya verib:
"O vaxt 3 oyunluq cəza almışdım. Mənə dedilər ki, İsveçrəyə gedib uşaqlarla məşq keçsəm, cəzamı 2 oyuna endirəcəklər. Razılaşdım, amma bunun yanlış olduğunu düşünürdüm. İndiki qərara gəldikdə isə, diskvalifikasiyanı 1 illik təxirə salmaq tam bir rüsvayçılıqdır. Infantino bu qərara görə utanmalıdır. pizza mizza
İdman prinsipləri tapdalanır. Mən ABŞ-nin rəqibi olsaydım, qəzəblənərdim. Təsəvvür edin, İngiltərə və ya Meksika oyunçusu qırmızı vərəqə alır, o, növbəti matçda oynayacağını gözləyə bilər? Bunun sərhədi haradadır?"
Xatırlatma: ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinodan ABŞ hücumçusu Folarin Baloqunun Bosniya və Herseqovina ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edilməsini şəxsən xahiş edib. Nəticədə 1962-ci ildən bəri ilk dəfə Dünya Kubokunda qırmızı vərəqə cəzası ləğv edilib.
Nazim Hacıyev
Telegram kanalımız