YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
İdmançının ölüm səbəbi açıqlandı

İdmançının ölüm səbəbi açıqlandı

İdman

28 Yanvar 2019 16:12 870


Səhiyyə Nazirliyi ötən gün dünyasını dəyişən idmançı Xamis Məmmədovla bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:

"Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyidin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".

Xatırladaq ki, MMA və sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov yanvarın 27-də vəfat edib. Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış X.Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!