II Elizabetin gizli məktubu 62 il sonra açılacaq

saytların hazırlanması

Evə çatdırılma

II Elizabetin gizli məktubu 62 il sonra açılacaq

Dünya

15 Sentyabr 2022 15:11 860


Britaniya kraliçasının gələcək nəsillər üçün yazdığı gizli məktubun varlığı ortaya çıxıb. 

Yenisabah.az "Independent"ə istinadla xəbər verir ki, II Elizabetin məktubu 2085-ci ilə qədər açılmayacaq.

Mərhum kraliça həm də Avstraliya hökmdarı hesab edildiyi üçün o, Avstraliyanın Sidney şəhərinin vətəndaşlarına ünvanlanmış məktub yazıb və bu məktub onun ana tərəfdən əcdadı kraliça Viktoriyaya məxsus vaxt kapsuluna yerləşdirilib. Dördpendirli pizza

Sidney merinə ünvanlanmış bu məktubun üzərində belə yazılıb: "2085-ci ildə, seçəcəyiniz münasib gündə bu məktubu açıb Sidney vətəndaşlarına ismarışımı çatdırın".

Sadəcə "Elizabet" kimi imzalanan məktub Sidneydəki Kraliça Viktoriya malikanəsində şüşə qabda saxlanılacaq. Məlumatlara görə, hətta Kraliça Elizabetin xidmətçiləri də namənin məzmunundan bixəbərdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!