Misirin Təll Əbu Seyfi ərazisində II Ramzes dövrünə aid Hor məbədinin qalıqları aşkarlanıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Misirin Turizm və Tarixi Abidələr Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qazıntılar zamanı üzərində kral titulları həkk olunmuş daş giriş, ibadətgah sahəsi, anbarlar və müxtəlif dövrlərə aid heykəllər üzə çıxarılıb. Dördpendirli pizza
Məbədin özünün “qızıl dövrünü” Ptolemeylər erasında yaşadığı, Roma dövründə isə kazarma və karxana kimi istifadə edildiyi bildirilir.
Kəşf Misirin şərq sərhədlərinin qədim hərbi tarixini bərpa etməyə imkan verir./Qafqazinfo
Telegram kanalımız