Britaniya Kral Sikkəxanası ölkənin yeni kralı III Çarlzın əks olunduğu yeni sikkələri təqdim edib.
Yenisabah.az "CBS News"a istinadla xəbər verir ki, onlar Milad bayramından əvvəl dövriyyəyə buraxılacaq. Kral Sikkəxanasının baş kommersiya direktoru Nikolas Hauell deyib ki, sikkələr dekabr ayında tədavüldə olacaq.
III Çarlzın portreti 5 funt və 50 penslik sikkələr üzərində zərb olunacaq. pizza
Yeni sikkələrlə köhnələr arasında bir fərq var: köhnələrdə kraliça Elizabet sağa baxaraq təsvir edilib, lakin Çarlzın əksi solda olacaq. Bu fərq 300 illik ənənəyə əsaslanır ki, hər bir kral və ya kraliça öz sələflərinin əks istiqaməti ilə üzləşməlidir.
Oktyabrın 3-də isə Britaniya Kral Sikkəxanası kraliça II Elizabetin şərəfinə xatirə sikkələri buraxacaq. Sikkənin arxa tərəfində şərəfinə dekorativ naxış, gəncliyi və qocalığına dair iki portret olacaq.
Xatırladaq ki, dünyada II Elizabetin təsviri olan təxminən 27 milyard sikkə var.
Telegram kanalımız