İki can alan “zipline” barədə dəhşətli fakt üzə çıxdı - VİDEO YAYILDI

saytların hazırlanması

Evə çatdırılma

İki can alan “zipline” barədə dəhşətli fakt üzə çıxdı - VİDEO YAYILDI

Hadisə

10 Sentyabr 2026 11:39 559


Şəki rayonunun Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzindəki “zipline”nin kanat xəttində əvvəllər də ciddi texniki problemlər yarandığı məlum olub.

Belə hadisələrdən biri avqustun 19-da baş verib.

Turistlər “zipline” miniblər. Lakin mənzil başına çatmadan yolda qalıblar. Onları istirahət mərkəzinin əməkdaşları xilas edib və “zipline”dən endirib. pizza hut

Qeyd edək ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində “zipline”nin kanat sisteminin bərkidildiyi metal konstruksiyanın deformasiyaya məruz qalması nəticəsində əsas mexaniki qurğu kanatdan çıxıb.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır./Ölkə.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!