Sosial şəbəkələrdə iki arvadı olduğunu söyləyən şəxsin görüntüləri qısa zaman ərzində Türkiyə gündəmini alt-üst edib.
Yenisabah.az xəbər verir ki, həmin etirafından sonra sərt tənqidlərlə üzləşən şəxs arvadlarını da yanına alaraq video çəkib və sosial şəbəkə hesabında paylaşıb.
O, xoşbəxt olduğunu bildirərək qınaqlar cavab verib:
“Dostlar, problemimiz yoxdur, heç kim bizdən şikayət etməsin, çox xoşbəxtik. Arvadlarım da xoşbəxtdir, onlar bir-birini məndən yaxşı başa düşür və yola gedirlər. Onları yanımda zorla saxlamıram. Biz heç kimi mühakimə etmirik. Allah hər kəsin işini avand etsin".
Bu açıqlamadan sonra sosial şəbəkə istifadəçiləri paylaşıma “Bu cinayətdir", "Cinayətlərini özləri ifşa edirlər, amma heç kim tədbir görülmür”, “Qanun qorxusu və qanuna hörmət yoxdur” tipli yüzlərlə şərh yazıblar.
Telegram kanalımız