“İkinci dəfə bir uşaqla evləndim“ - Rəqqasə

saytların hazırlanması

Evə çatdırılma

“İkinci dəfə bir uşaqla evləndim“ - Rəqqasə

Şou

04 Avqust 2022 13:54 1524


Rəqqasə Renka sosial şəbəkə paylaşımı ilə bütün diqqətləri üzərinə toplayıb.

Yenisabah.az baku.ws-ə istinadla xəbər verir ki, o, "Instagram səhifəsində boşanmış xanımların subay bəylərlə ailə qurmasından danışıb. Renka bu münasibətə birmənalı baxılmadığını, boşanan qadınlara cəmiyyətdə xor baxılmasından danışıb:

"Uşaqlarımın atası ilə ayrılanda buna lap pis baxırdılar. Hətta bir il qızımdan gizli saxladıq. O, öz həyatını yaşadı, mən isə öz həyatımı. Həmişə demişəm, deyəcəm də. Çox sağ ol ki, mənə belə gözəl balalar verdin. pizza

Azərbaycanda boşanmış qadın dəhşətdir. "Bir uşaqla səni alan kimdir?", "Sənə yiyə duran kimdir?" Başa düşmədim, mənim özümə nə gəlib? Məgər o qədər zəifəm? İkinci dəfə bir uşaqla evləndim, "utanmır, övladı var, ərə gedir".

Başa düşmədim, mən adam deyiləm? 26-27-28 yaşında boşanmışam, demək artıq özümə "stop" qoymalıyam? Mən də qadınam, qayğı, nəvaziş istəyirəm, evdə divara mismar vurub xırda şeylərə mənə dəstək olmağını istəyirəm.

"Yazıq oğlan boşanmış qız alıb, ailəsi ondan imtina edib, həyatı puç oldu". Niyə axı, niyə? Niyə biz xoşbəxt ola bilmirik? Niyə biz burnumuzu başqasının həyatına soxmalıyıq?"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!