İlber Ortaylıya məxsus əşyaların satışı etiraz doğurdu

saytların hazırlanması

Evə çatdırılma

İlber Ortaylıya məxsus əşyaların satışı etiraz doğurdu

Dünya

14 İyul 2026 14:52 63


Mərhum türkiyəli tarixçi İlber Ortaylıya məxsus bəzi şəxsi əşyaların satışa çıxarılması geniş rezonans doğurub.

"Yeni Sabah" xəbər verir ki, iddialara görə, qızı Tuna Ortaylı atasına aid fincan, vaza və digər məişət əşyalarını "WhatsApp" vasitəsilə “ikinci əl” satış qruplarında 200-800 türk lirəsi arasında dəyişən qiymətlərlə satışa təqdim edib.

Bəziləri məşhur alimin şəxsi əşyalarının satışını doğru saymayaraq bunu etirazla qarşılayıblar. Tuna Ortaylı qeyd edib ki, atasının İstanbulda boşaldılması nəzərdə tutulan yeddi evində çoxlu sayda əşyası qalıb. Ailə üçün xüsusi mənəvi dəyəri olan iş masaları, kitablar və yaxınları arasında xatirə kimi bölüşdürüləcək əşyalar istisna olmaqla, məişət əşyalarının satışından əldə olunacaq vəsaiti xeyriyyə məqsədinə yönəltmək qərarına gəlib. pizza hut

Onun sözlərinə görə, yaxın vaxtlarda TEMA Vəqfi İlber Ortaylının xatirəsinə meşə salacaq və satışdan əldə edilən gəlir həmin layihəyə sərf ediləcək.

Tuna Ortaylı bildirib ki, əşyaların istifadəsiz qalması və ya atılması əvəzinə, onların bu təşəbbüsə töhfə verməsini istəyib.

O, etirazdan sonra artıq həmin satış qruplarında heç bir əşya paylaşmayacağını da açıqlayıb. Tuna Ortaylı əlavə edib ki, atası üçün gələcəkdə kitabxana yaradılacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!