İlham Əliyev və Mehriban Əliyeva Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak etdilər

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak etdilər

Siyasət

10 May 2023 18:14 752


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 10-da Şuşada Dəmir Yumruq küçəsinin lövhəsinin açılışında iştirak ediblər.

Yenisabah.az xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə küçədə aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verilib.

Azərbaycanın Vətən müharibəsində tarixi Qələbəsini təmin edən və xalqımızın sarsılmaz birliyinin rəmzinə çevrilən Dəmir Yumruğun şərəfinə adlandırılan bu küçə şəhərin mərkəzi hissələrini əhatə edir. Dəmir Yumruq küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Bərpa-yenidənqurma işləri Şuşanın tarixi görkəminə uyğun qaydada yüksək səviyyədə aparılır. Dominos pizza

Dövlətimizin başçısı Dəmir yumruq küçəsinin lövhəsinin açılışını edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!