İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin məzarını ziyarət etdilər

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Liderin məzarını ziyarət etdilər

Siyasət

12 Dekabr 2024 10:38 394


Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.

Yenisabah.az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub. Sezar pizza

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!