Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İlham Əliyevin müsahibəsi İtaliya mediasında
18 Avq 2021 21:56
700

İlham Əliyevin müsahibəsi İtaliya mediasında

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi İtaliyanın “Kmetro0”, “Eurasianews” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyindən Yenisabah.az-a verilən məlumata görə, “Prezident İlham Əliyev: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə sülh gələcək” sərlövhəli yazılarda qeyd olunur ki, “CNN Türk”-ə müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın hərbi işğalına son qoyulması üçün görülmüş tədbirlərdən, İkinci Qarabağ müharibəsi və onun nəticələrindən, müharibədən sonra bölgədəki vəziyyətdən, bölgədə uzunmüddətli sülhün təmin edilməsi və buna nail olmaq üçün atılacaq addımlardan bəhs edib.

Yazılarda Prezident İlham Əliyevin müsahibədəki fikirlərinə geniş şəkildə istinadlar edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər