İlham Əliyevlə Paşinyanın görüşəcəyi tarix açıqlandı - Erməni KİV

saytların hazırlanması

Evə çatdırılma

İlham Əliyevlə Paşinyanın görüşəcəyi tarix açıqlandı - Erməni KİV

Siyasət

26 Dekabr 2020 17:55 2129


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada görüşəcək.

Yenisabah.az xəbər verir ki, bu iddia ilə erməni KİV-i çıxış edib.

Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, Azərbaycan Prezidenti ilə erməni baş nazir yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə görüşəcəklər.

“Görüşdə 10 noyabrda imzalanmış üçtərəfli razılaşma ilə bağlı müzakirələr keçiriləcək”, - erməni mənbələr yazır.    /Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!