İlin ən pis filmləri və aktyorları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İlin ən pis filmləri və aktyorları açıqlandı

Şou

14 Mart 2026 20:44 588


46-cı "Qızıl Moruq" antimükafatının sahibləri məlum olub. Təqdimat mərasimi ənənəyə uyğun olaraq "Oskar"dan bir gün əvvəl baş tutub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

2026-cı ilin nəticələrinə əsasən, ən çox antimükafata layiq görülən ekran işi rejissoru Riç Li, prodüseri isə Timur Bekmambetov olan "Dünyaların müharibəsi" filmi olub. Həmin film beş fərqli nominasiyada - "Ən pis film", "Ən pis rejissor", "Ən pis ssenari", "Ən pis davam/prekvel/remeyk" və "Ən pis aktyor" kateqoriyalarında qalib gəlib. Pepperoni pizza

Ekran işində əsas obrazı canlandıran Ays Kyub "Ən pis aktyor" adına layiq görülüb. Rebel Vilson isə "Casus toyu" layihəsindəki roluna görə "Ən pis aktrisa" elan edilib.

Digər nominasiyalar üzrə "qaliblər" bunlardır:

Ən pis ikinci plan aktrisa: Skarlett Rouz Stallone ("Atıcılar");

Ən pis ikinci plan aktyor: Yeddi CGI cırtdan ("Qar Ağ");

Ən pis ekran ansamblı: Yeddi CGI cırtdan ("Qar Ağ").

Keyt Hadson isə "Xəyallarının melodiyası" filmində yaratdığı obraza görə xüsusi "Kəffarə mükafatı"nı qazanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!