İlin ilk yarısında 173 minə yaxın daşınmaz əmlaka çıxarış verildi

saytların hazırlanması

Evə çatdırılma

İlin ilk yarısında 173 minə yaxın daşınmaz əmlaka çıxarış verildi

İqtisadiyyat

17 İyul 2026 18:45 54


2026-cı ilin ilk altı ayında Azərbaycanda daşınmaz əmlak üzərində 173 min 738 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.

Məlumata əsasən, hesabat dövründə qeydiyyata alınan mülkiyyət hüquqlarının 32 min 940-ı və ya 19 faizi ilkin, 140 min 798-i (81 faiz) isə təkrar qeydiyyat olub. Qeydiyyatı tamamlanan bütün əmlak sahiblərinə müvafiq çıxarış təqdim edilib. Toyuqlu pizza

Əmlak növləri üzrə statistikaya görə, yanvar-iyun aylarında 85 min 454 torpaq sahəsi, 44 min 139 mənzil, 37 min 345 fərdi yaşayış və bağ evi, 4 min 840 qeyri-yaşayış sahəsi, 1 592 qeyri-yaşayış binası, 314 əmlak kompleksi və 54 çoxmərtəbəli yaşayış binası üzrə mülkiyyət hüququ rəsmiləşdirilib.

Qeydiyyata alınan mülkiyyət hüquqlarının 50 min 124-ü Bakı şəhərinin payına düşüb. Qalan qeydiyyatlar isə ölkənin digər şəhər və rayonlarında həyata keçirilib.

Hesabat dövründə daşınmaz əmlak obyektləri üzrə 122 min 17 texniki pasport hazırlanıb. Eyni zamanda 30 min 545 ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb.

Dövlət Xidməti qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüququnun hüquqi cəhətdən rəsmiləşdirilməsini təmin edir, əmlak alqı-satqısı və digər əməliyyatların etibarlılığını artırır, həmçinin daşınmaz əmlak bazarında şəffaflığın gücləndirilməsinə xidmət edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!