İlin sonuna kimi sülh müqaviləsi imzalana bilər - Erməni spiker

saytların hazırlanması

Evə çatdırılma

İlin sonuna kimi sülh müqaviləsi imzalana bilər - Erməni spiker

Siyasət

16 Noyabr 2023 13:02 704


Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanla Bakı arasında bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını mümkün sayır. 

Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, spiker Qarabağdan köçənlərin məsələlərinin Ermənistan rəhbərliyi tərəfindən həll edilməli olduğunu düşünür. 

O, jurnalistlərə deyib ki, hansısa qurumların formalaşdırılması cəhdlərini birbaşa təhdid və Ermənistanın təhlükəsizliyinə zərbə hesab edir və həmkarlarını da eyni mövqedən çıxış etməyə çağırır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!