İlk dəfə şəxsiyyət vəsiqəsi aldı: 99 yaşında
09 Avq 2019 13:17
323

İlk dəfə şəxsiyyət vəsiqəsi aldı: 99 yaşında

Bərdə rayonnun Mirzəxan Qaraqoyunlu kənd sakini 99 yaşlı Mustafayeva Tuyğun İmran qızına ilk dəfə olaraq şəxsiyyət vəsiqəsi verilib.

“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, Bərdə “ASAN xidmət” mərkəzinə müraciət etmiş 99 yaşlı sakinə şəxsiyyət vəsiqəsi onun yaşadığı evdə təqdim edilib. Tuyğun Mustafayeva jurnalistlərə müsahibəsində deyib: "Bu günə çox şükür. Şəxsiyyət vəsiqəsi almaq üçün "ASAN" xidmətə müraciət etdim. Vəsiqəni gətirənlər də, göndərənlər də sağ olsunlar".

Bərdə regional “ASAN xidmət” mərkəzinin baş mütəxəssisi Şəbnəm Süleymanova qeyd edib ki, Mərkəzlərdə 12 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 31 milyondan çoxdur.

"99 yaşlı Bərdə sakini Tuyğun Mustafayeva da şəxsiyyət vasiqəsi almaq üçün Mərkəzə müraciət edib. Mərkəzin əməkdaşları dərhal vətəndaşın yaşadığı evə gələrək sənədlərini qəbul ediblər. Bu gün Tuyğun xanımın şəxsiyyət vəsiqəsi ona evində təqdim edildi".

Oxşar xəbərlər