İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevə müraciət etdi: “Yüzlərlə qız hədəfdədir...”

saytların hazırlanması

Evə çatdırılma

İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevə müraciət etdi: “Yüzlərlə qız hədəfdədir...”

Sosial

28 Fevral 2023 12:37 5910


İctimai fəal və keçmiş məhbus İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevi aclıq aksiyasını dayandırmağa çağırıb.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı İlkin Rüstəmzadə Bəxtiyar Hacıyevin vəkillərinə və onu müdafiə edənlərə müraciət edib. 

Müraciətdə qeyd olunur: “Bəxtiyardan aclıq aksiyasını dayandırmağı artıq, xahiş yox, tələb etmək lazımdır.  Dördpendirli pizza

Vəkilləri görüşürlər, həqiqəti demirlər. Demirlər, şəkillərin yayılıb.  Demirlər ki, cəmiyyət səni söyür. 

Demirlər ki, şəxsi qrupdakı yazışmalarınız yayılıb, cəmiyyət hamımıza, bütün aktivist çevrəsinə murdar insanlar kimi baxır, artıq.  

Bəxtiyar, aclığı dayandır. Artıq, səni müdafiə edə bilmirik. Ağzımızı açan kimi, söyürlər. Haqsız da deyillər. 

Bəxtiyar, dayandır aclığı. Game Over. Oyun bitdi. Uduzdun. 

Yüzlərlə qız hədəfdədir. Hamısının şəkillərini yayacaqlar, dayanmasan. Artıq bir neçəsi intihar həddindədir. 

Mənə kimsə zərrə qədər də irad bildirməsin. Bəxtiyarın ən yaxın çevrəsinin belə etmədiklərini etdim bu müddətdə. 

Aksiya oldu, çıxdım. Hamıdan çox yazdım. Bəxtiyarın kampaniyasını sponsorlu paylaşmaq üçün yığdığımız pul bitdi, pul toplamaq cəhdlərim alınmadı, telefonumu satdım, kampaniyanı davam etdirdim.  

Amma, artıq bəsdir. Bu qədər. Dayandır aclığı. Daha çox insan zərər görməsin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!