İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti haqqında açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İllərdir yataq xəstəsi olan Ağakərimin səhhəti haqqında açıqlama

Şou

23 Sentyabr 2025 16:44 389


Oğlu Kamil Kərimoğlu illərdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən danışıb.

Yenisabah.az xəbər verir ki, Axşam.az-a açıqlama verən Kamil atasının həkim nəzarətində olduğunu bildirib. O qeyd edib ki, atasının səhhətində heç bir irəliləyiş yoxdur:

"Atamın səhhəti necə var elə də qalır. Heç bir irəliləyiş yoxdur. Həkimlər nəzarətdə saxlayır. Nəzarət edilir ki, geriləmə olmasın. Heç kimlə danışmır, insanları tanımır. Çox nadir halda nəsə deyər. Biz də onun sağalmasını istəyirik. Amma nə edəkn". pizza sifarişi

Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!