İlon Mask “Twitter”lə bağlı sorğu keçirdi, nəticə gözlnilməz oldu

saytların hazırlanması

Evə çatdırılma

İlon Mask “Twitter”lə bağlı sorğu keçirdi, nəticə gözlnilməz oldu

Dünya

19 Dekabr 2022 20:50 767


İlon Maskın “Twitter” rəhbərliyindəki gələcəyi ilə bağlı sorğuda iştirak edənlərin əksəriyyəti qərara gəlib ki, milyarder şirkət rəhbəri vəzifəsini tərk etməlidir.

Yenisabah.az xəbər verir ki, bunu Maskın başladığı sorğunun nəticələri sübut edir.

Mask platformanın istifadəçilərinə ““Twitter” rəhbəri vəzifəsini tərk etməliyəmmi?” sualını verib. pizza sifarişi

Xəbərin dərci zamanı sorğuda 17,5 milyon insan iştirak edib, onların 57,5%-i milyarderin vəzifəsini tərk etməli olduğuna inanır.

Mask istifadəçilərin seçdiyi qərarla razılaşacağına söz verib. Hələlik iş adamından səsvermə ilə bağlı hər hansı şərh daxil olmayıb. Maskın mikrobloqundakı son yazıda deyilir: “Hakimiyyət istəyənlər buna ən az layiq olanlardır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!