İlon Maskın Bakı tviti rekord qırdı

saytların hazırlanması

Evə çatdırılma

İlon Maskın Bakı tviti rekord qırdı

Dünya

06 Oktyabr 2023 23:48 650


İlon Maskın Bakıda keçirilən konqreslə bağlı tvitinə rekord sayda reaksiya gəlib.

Məlumata görə, “SpaceX”in qurucusu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsində əldə etdiyi nailiyyətlərə görə Beynəlxalq Astronavtika Federasiyasının Ümumdünya Kosmik Mükafatına layiq görülməsi ilə əlaqədar öz rəsmi səhifəsində yazı paylaşıb.

Onun X platformasındakı paylaşımına 3675 şərh, 12,2 min repost, 92,4 min bəyənmə gəlib, həmçinin tvitə 15,2 milyon baxış olub. pizza sifarişi

Qeyd edək ki, İlon Mask Bakı vaxtı ilə saat 17:45-18:45 arasında Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə onlayn danışıb. O, 60 dəqiqəlik Bakı çıxışını səhifəsinin yuxarı hissəsinə sancıb. Alt hissəsində “Azərkosmos”un loqosu olan bu tvit isə 37 milyondan çox baxış sayı qazanıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!