İlon Maskın sərvəti bir gündə 30 milyard artdı

saytların hazırlanması

Evə çatdırılma

İlon Maskın sərvəti bir gündə 30 milyard artdı

Dünya

06 Oktyabr 2026 09:30 81


İlon Maskın sərvəti yenidən 1 trilyon dolları keçib.

“Yeni Sabah” xəbər verir ki, “Forbes”in hesablamalarına əsasən, ABŞ birjalarında ticarətin başlamasından sonra “SpaceX” və “Tesla”nın səhmlərinin dəyərinin artması Maskın sərvətini yenidən trilyon dollar həddinə çatdırıb.

Beləliklə, milyarderin sərvəti əvvəlki ticarət gününün sonundakı göstərici ilə müqayisədə 30,6 milyard dollar artıb. Bu müddətdə “SpaceX”in səhmləri 5 faizdən çox, “Tesla”nın səhmləri isə 1 faiz bahalaşıb. Toyuqlu pizza

Bu artımla Mask dünyanın ən varlı şəxsi mövqeyini də qoruyub. Siyahıda ikinci yerdə olan “Amazon”un qurucusu Ceff Bezosun sərvəti isə təxminən 371,5 milyard dollar təşkil edir.

Qeyd edək ki, İlon Mask bu il iyunun 12-də ilk dəfə 1 trilyon dollarlıq sərvət həddini keçmişdi. Lakin iyulun 25-də bazardakı dəyişikliklər fonunda onun sərvəti yenidən bu məbləğdən aşağı düşmüşdü.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!