İlqar Mikayıloğlu sosial şəbəkədən bu qədər qazanır

saytların hazırlanması

Evə çatdırılma

İlqar Mikayıloğlu sosial şəbəkədən bu qədər qazanır

Şou

19 Mart 2025 10:44 343


"Amansız və duyğusuz insanam. Maskalanmaq lazımdır. Xasiyyət dəyişmir".

Yenisabah.az axşam.az-a istinadən  xəbər verir ki, bu sözləri aparıcı İlqar Mikayıloğlu "Həftənin qonağı" verilişində deyib. Aparıcı hərbi verilişdən şou xarakterli proqrama keçməsinin səbəbini açıqlayıb: 

"Heç əyləncədən çıxmadım. Hərbi daha çox ürəyimə yatır. Vəziyyət şounu tələb edir. Əyləncəli verilişlər pul qazandırır. Amma dünya praktikasında əksidir. Xəbər jurnalistikanın beyni 24 saat işləyir". Marqarita pizza

Müğənnilərin kaprizindən danışan aparıcı "Hansı müğənni kapriz edirsə, bu, birinci və sonuncusu olur. Bəziləri deyirdi proqrama tək gəlməliyəm. Gəlməyəcəksiniz, bitdi. Kimsə maraqlıdırsa, tək çağırıram. Biri deyirsə, tək gəlirəm, amma başqa verilişdə 2-3 nəfərlə olur. Onun üçün mənim verilişimin qapısı bağlanır. Bəzən görəndə ki, dünyagörüşü sıfırdır, toxunmuram. Başqa verilişdə hürdürürlər onu. Özü hürməyə gedir. Bunun adını mənəviyyatına endirilən zərbə, hürmək qoymaq olar. Reytinq onun mənəviyyatından irəli gəlməlidir, hürməyindən yox".

İ.Mikayıloğlu sosial şəbəkədən qazandığı məbləği açıqlaylb:

"Sosial şəbəkədən 25-30 manat qazanıram. Amma həmin pulu çıxarda bilmirəm. Məqsədim söhbət etməkdir. Məni nə qədər söyürlüər. Nə qədər... Fikir vermirəm. Elə insana nəinki ətrafda, ailəsində belə fikir vermirlər. Onu eşitsinlər deyə, girir TikTok-da hamını söyür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!