İmam Allahşükür Paşazadədən danışdı, camaat məscidi tərk etdi

İmam Allahşükür Paşazadədən danışdı,  camaat məscidi tərk etdi
Avq 23, 2019 14:40
Oxunma sayı: 387

“İlk dəfə idi ki, cümə namazında bu cür etiraz görürdüm. İnsanların səslərini yüksəltdiklərinə şahid oldum”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri sosial şəbəkəsində dinşünas Elşad Miri paylaşıb. 

O paylaşımda qeyd edib ki, camaat arasında Göy məscid kimi məşhur olan Əjdər bəy məscidində cümə namazını Hacı Bəhruz adlı imam qıldırıb. İmamın xütbə əsnasında sözü Allahşükür Paşazadənin ad günündən bəhs edərək onun nüfuzlu şəxs olmasından, 70 illiyi ilə əlaqəli müxtəlif konfransların keçirilməsindən bəhs etməsinə insanlar etiraz edib.

“Dindən danış” deyərək səsini yüksəldənlər etiraz əlaməti olaraq əl çalaraq imamın xütbənin mövzusunu dəyişməsini tələb ediblər. Hacı Bəhruzun sözlərinə davam etməsindən sonra bəzi insanlar məscidi tərk ediblər.

Elşad Miri illərdir cümə namazına gedən bir şəxs olaraq ilk dəfə idi ki, insanların bu cür reaksiyasına və etirazına şahid olurduğunu deyib.  

  

 

Yenisabah.az