İmamoğlunun həbsi Türkiyəyə 25 milyard dollara başa gəldi

saytların hazırlanması

Evə çatdırılma

İmamoğlunun həbsi Türkiyəyə 25 milyard dollara başa gəldi

Dünya

26 Mart 2025 18:36 759


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra bazarlarda yaranan qarışıqlığın ardından Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək və Türkiyə Mərkəzi Bankının (TMB) sədri Fateh Qaraxan xarici fond rəhbərləri ilə görüşüb.

Yenisabah.az Teleqraf-a istinadla xəbər verir ki, Fateh Qaraxan bazarlardakı qarışıqlığı sakitləşdirmək üçün lazım olan hər şeyi edəcəklərini bildirib.

Qaraxan bu vəziyyətin müvəqqəti olduğunu bildirib. Marqarita pizza

O, İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaqın ilk üç günündə bazarlardakı şokun qarşısını almaq üçün TMB-nin nə qədər valyuta satdığı ilə bağlı məlumatları da paylaşıb.

İclasda iştirak edən mənbələrdən əldə edilən məlumata görə, ilk gün, yəni martın 19-da 10 milyard dollar, ikinci gündə isə 3 milyard dollarlıq satış edilib. Bazardan ən yüksək tələb üçüncü gün - martın 20-də olub. Həmin gün TMB 12 milyard dollar satıb.

Beləliklə, 3 gündə cəmi 25 milyard dollar satılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!