İmişlidə SSRİ bayrağını qaldıran keçmiş sədr   HƏBS EDİLDİ

saytların hazırlanması

Evə çatdırılma

İmişlidə SSRİ bayrağını qaldıran keçmiş sədr HƏBS EDİLDİ

Kriminal

31 May 2025 14:37 1151


Faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib.

Yenisabah.az "Teleqraf"a istinadən xəbər verir ki, İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib.

Onun vergidən yayınmada ittiham edildiyi bildirilir. Marqarita pizza

Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, Saleh Səmədov şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının nizamnamə tələblərini kobud şəkildə pozub. O, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!