İngiltərə və Uelsdə elektrik enerjisinin qiymətinin, habelə borclanma xərclərinin artması və tələbin azalması səbəbindən 2008-ci il qlobal maliyyə böhranından bəri iflas etmiş şirkətlərin sayı ən yüksək həddə çatıb.
Yenisabah.az xəbər verir ki, bu barədə oktyabrın 6-da “Financial Times” qəzeti yazıb .
Nəşrin təqdim etdiyi Milli Statistika Xidmətinin (ONS) məlumatlarına görə, 2022-ci ilin ikinci rübündə Böyük Britaniyanın qeyd olunan regionlarında 5,629 özəl şirkətin iflası qeydə alınıb: pizza mizza
“Yalnız 2008-ci ilin dördüncü rübünün səviyyəsi bundan daha yüksək olub: 6,943 şirkət”.
Nəşr qeyd edir ki, cari ildə ən böyük iflas qrupu tikinti firmalarıdır. Həmçinin, mehmanxana və istehsal sektorunda, eləcə də pərakəndə ticarət sektorunda çoxlu sayda şirkət bağlanıb.
ONS-in tərtib etdiyi statistik məlumatlara görə, 2021-ci il üçün Böyük Britaniyada 5,5 milyon kiçik müəssisə (1-dən 49 işçiyə qədər), 35,6 min orta (50-249 işçi) və 7,7 min iri (250 işçidən sonra) qeydiyyatdadır.
Telegram kanalımız