Ötən həftə İngiltərənin Lesterşir əyalətində Böyük Britaniyanın ən qədim aristokratik ailələrindən ikisini birləşdirən toy olub.
Yenisabah.az xəbər verir ki, 11-ci Rutland hersoqunun qızı Ledi Violet Manners 16-cı Lindsi Qrafının varisi Uilyam Ceyms Lindsey-Betyun ilə nikah masasına əyləşib.
Məclis gəlinin ailə mülkü olan Belvoir qalasında baş tutub. Malikanədə Britaniya kral ailəsi haqqında çəkilən "Tac" serialının çəkilişləri aparılıb. pizza hut
Toyda İngiltərənin nüfuzlu ailələri iştirak edib.
Aydan Hacıbalazadə
Telegram kanalımız