İnternatın yataqxanasında yanğın baş verdi -   YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

İnternatın yataqxanasında yanğın baş verdi - YENİLƏNDİ

Hadisə

22 Aprel 2026 10:25 254


Bakı Şəhəri üzrə Təhsil İdarəsi aprelin 22-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində baş verən yanğınla bağlı açıqlama yayıb.

İdarədən “Yeni Sabah”a bildirilib ki, məktəbin elektrik naqillərində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə dərhal məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb. İnternat məktəbindəki uşaqların və işçilərin təhlükəsizliyi təmin olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edilib ki, hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.

***

09:14

Qara Qarayev prospektində yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin yataqxanasında yanğın olub.

"Yeni Sabah" FHN-ə istinadla xəbə verir ki, çevik müdaxilə sayəsində üçmərtəbəli yataqxana binasının birinci mərtəbəsinin dəhlizində baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yataqxana binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!