İnterpolla aradığımız Araik Xocalıya gəldi... - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İnterpolla aradığımız Araik Xocalıya gəldi... - Fotolar

Rəsmi

15 Avqust 2021 10:58 4920


Qarabağdakı  separatçı xunta qalıqlarının oyuncaq başçısı Araik Arutyunyan avqustun 14-də  Xocalıya gələrək buradakı mənzil tikintisi işləri ilə tanış olub. 

Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki erməni nəşrləri məlumat yayıb. Azərbaycan Respublikasının  hələlik Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejimi tör-töküntülərinin nəzarətində qalan Xocalı şəhəri ərazisində   400-dən çox  yeni mənzil tikilməsi planlaşdırır. 

Məlumatda  deyilir: “Yaşayış məhəllələrindən birində “Hayastan” ümumerməni fondunun vəsaiti hesabına 8 tikinti təşkilatının iştirakı ilə 180 mənzilli 15 bina tikilir. Yaşayış sahəsinin 2022-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”.  Toyuqlu pizza

Xəbərdən bəlli olur ki, məhəllədəki mənzillər Azərbaycan ordusunun  44 günlük müzəffər savaşı zamanı Xocavənd rayonunun Böyük Taglar kəndindən könüllü köçkün erməni ailələrinə veriləcək.

“Qanunsuz “şəhərsalma naziri” sayılan Aram Sarkisyan binaların 2, 3 və 4 otaqlı mənzillərə malik olacağını söyləyib. “Onun sözlərinə görə, artıq 11 binanın inşasına başlanılıb və yaxın günlər ərzində daha 4 binanın tikintisinə başlanacaq”. 

Məlumata görə, A.Arutyunyan yaxınlıqdakı sahədə  Xocavənd rayonunun Ağoğlan(keçm. Hadrut) qəsəbəsi yaxınlığındakı digər  məntəqələrdən köçmüş ermənilərə verilmək üçün eyni tipli daha 10 çoxmənzilli binanın da inşasına başlamağı tapşırıb. 

“Araik Arutyunyanın ziyarət etdiyi ikinci məhəllə də “Hayastan” fondu hesabına tikilir. 120 ailə üçün nəzərdə tutulmuş məhəllə tamamilə fərdi, həyət evlərindən ibarət olacaq. Tikinti 6 şirkət tərəfindən aparılır. İkinci məhəllənin də 2022-ci ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”.

Məlumatda deyilir ki, buradakı evlər 27 ildən çox qanunsuz məskunlaşdıqları   Ağdam rayonunun Şelli kəndindən  köçmüş ermənilərə veriləcək. 

“Hər iki yaşayış massivi lazım olan bütün infrastrukturla - uşaq bağçaları, oyun meydançaları, parklar, məktəb binası və s. ilə təchiz olunacaq” –erməni mənbələrinin yaydığı məlumatda belə deyilir.

Xatırladaq ki, Araik Arutyunyan 2020-ci ilin oktyabrından Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən İnterpol vasitəsilə beynəlxalq axtarışa verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • cyberchem
    Yenisabah.az... Deyesen ANA DILI mizi özünüze yarashdirmirsiz ya debden düshüb artiq. "Aradighimiz" nedir? Axtardighimiz dediz yorulduz? Unutmayin, dilimiz heleki AZERBAYCAN DILI dir.
    5 years ago