İntihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət bildirdi

saytların hazırlanması

Evə çatdırılma

İntihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət bildirdi

Şou

16 Sentyabr 2025 15:11 308


Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Ufuk Özkanın intihara cəhd etdiyi bildirilib.

Yenisabah.az xəbər verir ki, aktyor çıxan xəbərləri təkzib edib. O bildirib ki, belə bir addım atmayıb:

"Məni öldürməyə çalışırsınız? Yay boyu çox işlədiyim üçün üzümdə ekzema yarandı, vaxtaşırı xəstəxanaya gedib-gəlirəm. Müxtəlif layihələrim var, ona görə də qızartıların makiyajdan qaynaqlandığını düşünürəm. Evdə dincəlirəm, iki gündən bir müayinə olunuram". Toyuqlu pizza

Ufuk hazırda səhhətinin yaxşı olduğunu əlavə edib. 

Qeyd edək ki, Ufuk 2022-ci ilin avqustunda həyat yoldaşı Nazan Günəşdən boşanıb. İkilinin bir oğlu var. Bir müddət əvvəl qaraciyər çatışmazlığı səbəbindən orqan transplantasiyası üçün müraciət edən aktyor daha sonra buna ehtiyac qalmadığını demişdi.

O, həmçinin aliment pulunun çox olmasından şikayətlənmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!