İntim videosu yayılan direktor - “Həyatı təhlükədədir“

saytların hazırlanması

Evə çatdırılma

İntim videosu yayılan direktor - “Həyatı təhlükədədir“

Sosial

02 Avqust 2023 11:16 1563


"Qardaşımın həyatı təhlükədədir".

Yenisabah.az Bakupost-a istinadla xəbər verir ki, bunu Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimovun bacısı Leyla Mərdanova deyib.

O əlavə edib: "Qardaşım həmin məktəbə işə qəbul olan gündən sakinlər onu qəbul etməyib, ona qarşı şər, böhtan xarakterli müxtəlif hərəkətlər ediblər. İndi isə bu şantajı əllərində bayraq edərək onun işdən çıxmasını tələb edirlər. Xahiş edirəm, hüquq-mühafizə orqanları bu məsələyə adekvat cavab versinlər. Qardaşıma hədə-qorxu gəlirlər. Həyatı təhlükədədir". pizza mizza

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov vurğulayıb ki, daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb:

"Ucar rayon sakini O.Rəhimov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək sosial şəbəkələrdə tanış olduğu ölkə hüdudlarından kənarda yaşayan bir şəxs tərəfindən şərəf və ləyaqətinin alçaldılması barədə məlumat verib.

Daxil olan müraciətlə bağlı RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və qeyd olunan məsələ ilə bağlı O.Rəhimova məhkəməyə müraciət etməsi izah olunub".

Xatırladaq ki, Ucarın Şirvan Həsənov adına Alpoud kənd 2 nömrəli tam orta məktəbin direktoru Orxan Rəhimov intim görüntülərinin yayılması böyük səs-küyə səbəb olub. Artıq neçə gündür ki, əhali məktəbin önünə gedərək, direktorun işdən uzaqlaşdılımasını tələb edir. Direktor isə kənd sakinlərindən sentyabr ayına kimi möhlət istəyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!