İordaniyanın Əqəbə limanında ammonyak sızması: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

İordaniyanın Əqəbə limanında ammonyak sızması: Xəsarət alanlar var

Dünya

14 Sentyabr 2026 22:32 51


İordaniyanın Əqəbə limanında yerləşən sənaye kompleksinin müəssisələrindən birində ammonyak sızması qeydə alınıb və hadisə nəticəsində fəhlələr xəsarət alıblar.

"Yeni Sabah" xəbər verir ki, bunu yerli administrasiyanın ətraf mühit və ictimai təhlükəsizlik üzrə komissarı Nidal əl-Avran "Al-Mamlaka" telekanalına açıqlamasında deyib. Komissarın sözlərinə görə, ən azı 11 nəfər yüngül və orta dərəcəli boğulma halları ilə üzləşib.

"Onlardan bir neçəsi elə sənaye kompleksinin öz klinikasında tibbi yardım alır, digərləri isə şəhər xəstəxanalarına təxliyə ediliblər", - deyə açıqlamada qeyd olunub. Marqarita pizza

Mütəxəssis qeyd edib ki, hadisə sıradan çıxmış təzyiq cihazında aparılan təmir bərpa işləri zamanı baş verib. Əvvəlcədən həmin cihazda toplanmış ammonyak qazı kiçikhəcmli sızmaya səbəb olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!